18 may 2023-cü il tarixdə JW MARRIOTT ABSHERON HOTELDƏ CIBS Europe şirkəti tərəfindən "TIME BUSINESS NETWORKING" layihəsi təqdim edilmişdir.
Gecede Türkiyənin tanınmış fizioqnomisti, "Yüzebakan adam - "Dünyanın Ən Yaxşı Üz Oxuma Mütəxəssisi" patentini alan Ahmet Akca "Biometrik Yüz Okuma" mövzusunda çıxış etmişdir. Möhtəşəm networking gecəsində, teambuilding oyunlarında iştirak etməklə, insanlarla yaxından münasibət quruldu, biznes əlaqələri genişləndirildi.
Moon Group tədbirin promo tərəfdaşı olmaqla yanaşı, Moon Group əməkdaşları da tədbirin qonaqları oldular.