Avropa Gənclər Parlamenti Azərbaycanda və 40-dan çox Avropa ölkəsində gənc vətəndaşlar üçün bütün dünyada siyasi, sosial, iqtisadi və mədəni məsələlər üzrə açıq fikirli müzakirələri dəstəkləmək, ardıcıl və davamlı həllər yaratmaq üçün ən böyük platformalardan biridir. 1987-ci ildə Fransanın Fontainebleau şəhərində bir məktəb layihəsi olaraq qurulduğu gündən bəri, Avropa Gənclər Parlamenti (EYP) on minlərlə gəncin iştirak etdiyi regional, milli və beynəlxalq konfranslarda uzunmüddətli dostluq əlaqələri qurmaq üçün müxtəlif mədəniyyətlərdən olan tələbələr üçün etibarlı bir mühit yaratdı.
Hər il Avropada regional, milli və beynəlxalq səviyyədə 500-dən çox EYP tədbiri keçirilir. Bu günə qədər Avropa Gənclər Parlamenti sayəsində 3500-dən çox Avropa ölkəsindən 40-dan çox aktiv könüllü və 60.000-dən çox şəbəkə üzvü siyasi debatlarda və mədəniyyətlərarası mübadilədə iştirak etmiş, dil bacarıqlarını inkişaf etdirmiş və beynəlxalq arenada işləmək imkanı qazanmışdır.