22 oktyabr 2026-cı il tarixində Marsol Group-un və quruma üzv olan şirkətlərin rəhbər şəxslərinin Moon Group-a işgüzar səfəri baş tutub.
Görüşdə Mobilia, Inchmark, Gəncəli Plaza, Gavali, Dünyagöz Klinikası, Glomed Medical, Kibrit Tech, Profdez, HZ Group, Inmotion Trading, Dentaland, Tutti Azərbaycan, MG Transport və Şəms Tərcümə Mərkəzi kimi şirkətlərin rəhbərləri iştirak ediblər.
Səfər çərçivəsində keçirilən görüşdə iştirakçı şirkətlərin fəaliyyət istiqamətləri, biznes təcrübələri və potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şirkət rəhbərləri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə məlumat verib, qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Moon Group-un fəaliyyət istiqamətləri, istehsal imkanları, məhsul portfeli və korporativ müştərilərə təqdim etdiyi həllər barədə ətraflı məlumat verilib. Qonaqlar şirkətin mətbəə, reklam və promo məhsullar sahəsində təklif etdiyi geniş məhsul çeşidi, fərdiləşdirmə imkanları və korporativ sifarişlərə yanaşması ilə yaxından tanış olublar.
Səfərin davamında qonaqlar Moon Group-un istehsalat sahəsini ziyarət ediblər. İstehsalat turu zamanı sifarişlərin hazırlanması, çap və digər istehsal əməliyyatları, məhsulların fərdiləşdirilməsi və yekun hazırlanma mərhələləri barədə məlumat təqdim olunub. İştirakçılar istehsal prosesinin təşkili, istifadə olunan texnologiyalar və müxtəlif məhsul kateqoriyaları üzrə istehsal imkanlarını yerində müşahidə etmək imkanı əldə ediblər.
İşgüzar səfər şirkətlər arasında qarşılıqlı tanışlığın genişləndirilməsi, istehsal potensialının birbaşa nümayişi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
Moon Group korporativ tərəfdaşlarla birbaşa ünsiyyətin inkişaf etdirilməsini, istehsal imkanlarının biznes nümayəndələrinə yaxından təqdim olunmasını və uzunmüddətli işgüzar əlaqələrin qurulmasını fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirir.