İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki,insanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. İnsanlara ən çox təsir göstərən amillərdən biri də hava şəraitidir. Havanın insan sağlamlığına, psixologiyasına, əhval-ruhiyyəsinə böyük təsiri var. Əksər insanlar günəşli, açıq havanı sevdiyi halda, digər əksəriyyət tutqun, yağışlı hava şəraiti xoş gəlir. Kimisi isti, kimisi soyuq havanı sevir. Bu halda havanın dəyişkənliyinin, temperaturunun insana təsiri havadan deyil, insanların psixikasından asılı olan amildir.
Hava temperaturunun insan sağlamlığına mənfi təsirinin qarşısını almaq üçün hər kəs yaşadığı evdə, işlədiyi ofisdə, olduğu məkanda müəyyən “otaq temperaturu” yaratmağa çalışır. Bəs bilirik mi, ideal otaq temperaturu neçə dərəcədir?
Bu suala cavab əlbəttə bütün insanlarda fərqlidir. Ən yaxşı otaq temperaturu özünüzü hansı dərəcədə yaxşı hiss etdiyiniz temperaturdur. Bundan əlavə ən ideal otaq temperaturu 19-22 dərəcə müəyyən edilib. Mənzildə ən isti dərəcə hamam otağında, ən soyuq dərəcə isə yataq otağında olması müəyyən edilib.
• Hamam otağında ən ideal temperatur 23 dərəcədir.
• Yataq otağında 15-16 dərəcəyə qədər aşağı ola bilər.
• Körpə uşaq olan otağın temperaturu 20-22 dərəcə olması məsləhətdir.
• Siz evdə olmadıqda isə normal otaq temperaturu 14 dərəcə kimi müəyyən edilib.
Temperatur fərqində immun sistemi zəifləyir
Çoxlarımız yayda otaq temperaturumuzun və şəxsi avtomobillərimizin salonunun çöldə 40-45 dərəcə olduğu halda 18 dərəcədə saxlamağı xoşlayırıq. Qışda isə əksinə, bayırda 1-2 dərəcə istilik olanda evdə və avtomobilin salonunda temperaturu 30 dərəcəyədək yüksəldirik.
Yayda insanlar qripin yayılmasından, tez-tez soyuqlamalarından, daxili orqanlarında problem yarandığını, “yayda istidə mənə necə soyuq ola bilər?” - deyib şikayətlənirlər. Əslində isə temperatur fərqi olanda bədənin immun sistemi dəyişir, bədən dəyişilmiş temperatura öyrəşə, adaptasiya ola bilmir.
Adaptasiya getməyəndə isə immun sistemi zəif olan insanların buna daha güclü reaksiya verməsi gözləniləndir. Temperatur fərqinə xüsusilə, uşaqların və yaşlıların reaksiyası daha güclü olur”.
Məhz temperatur fərqinə görə qış aylarında ağ ciyər, pnevmoniya, sətəlcəm, bronxit xəstəlikləri çoxalır, immun sistemi zəifləyir və ağ ciyərlər kəskin dəyişilmiş temperatura uyğunlaşa bilmir. Bu tarazlığı qorumaq üçün fərq neçə dərəcə olmalıdır?
12 dərəcə fərq normaldır.
Qışda soyuğa, yayda da istiyə müqavimət göstəririk. Çöldə 40 dərəcə, içəridə 24 dərəcə olanda bu zaman temperatur fərqi 16 dərəcə olur. Bir var orqanizm 16 dərəcəyə, bir də var 22 dərəcəyə müqavimət göstərsin.
Havadakı rütubətin də insan sağlamlığında kəskin rolu var. Rütubət aşağı olduqda insanın nəfəs alması, orqanizmdə oksigen mübadiləsi normal gedir. Orqanizmdə oksigen mübadiləsinin yaxşı getməsi qan dövranının işinə müsbət təsir edir. Əks təqdirdə nəfəs yollarında, ciyərlərdə narahatlıq yaranır. Bundan başqa, oksigen, karbon mübadiləsində çətinliklər yaranır, revmatizm və s. xəstəliklər əmələ gəlir.
Həyata daha sağlam, daha gümrah davam etmək istəyiriksə, bu kimi nüanslara xüsusi diqqət yetirməliyik. Siz də iş yerinizdə, ofisinizdə havanın temperaturunu, rütubətini daim nəzarətdə saxlamaq, temperatur fərqini və ən əsası sağlamlığınızı qorumaq istəyirsinizsə, otaq temperaturunu və rütubətini ölçən termometrli stolüstü saatlarımızdan əldə edərək yararlana bilərsiniz. Bununla əməkdaşlarınızın sağlamlığını qoruya, daha məhsuldar iş şəraiti yarada bilərsiniz.