Müasir dövrdə brendin təqdim etdiyi məhsulların keyfiyyəti ilə yanaşı məhsulların qablaşdırılması, o cümlədən alıcıya təqdim edilmə tərzi də bir o qədər önəmlidir.
Günümüzdə bir çox brend əməkdaşlara və ya müştərilərə hədiyyə üçün kağız çantalardan istifadə edir. Kağız çantalar istifadə üçün çox praktikdir. Bununla yanaşı kağız çanta brendin daha çox tanınması üçün effektiv və sərfəli üsuldur.
Tez-tez üstünlük verilən kağız çantaların bir neçə ölçüləri mövcuddur. Məsələn :
Kağız çantaların ölçüləri ilə yanaşı bir çox modelleri də mövcuddur: kraft, parlaq, mat və s.
Kağız çantaların digər üstün cəhətlərindən biri də odur ki, çantanın üzərinə brendinizə məxsus olan loqonuzu, əlaqə və digər məlumatlarınızı, həmçinin brendin sosial media hesablarını xüsusi dizaynda və istənilən rəngdə əlavə etmək mümkündür.
Kağız çantaların şirkətlər üçün nəzərdə tutulmuş rəsmi forması ilə yanaşı hər hansı özəl tədbir , bayram və s. üçün istəyə uyğun hazırlanan hədiyyəlik versiyaları da mövcuddur.
Şirkətlərdən əlavə tanınmış brendlərin əksəriyyətində kağız çantalar miqdarından və qiymətindən asılı olmadan məhsul alışı zamanı müştərilərə təqdim edilir. Beləliklə kağız çantalar müştəri məmnuniyyətinə müsbət təsir edir, brendə qarşı müsbət aura yaradır.