Brendiniz üçün yeni loqo hazırlamaq və ya köhnə loqonu yenidən dizayn etmək, məhsul və ya xidmətlərinizi ön plana çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Zamanla loqotipiniz brendinizin və korporativ şəxsiyyətinizin simvoluna çevrilir. Yenilikçi loqo dizaynı sayəsində markanızın dəyərlərini vurğulamaq və illərlə istifadə oluna biləcək imzaya sahib olmaq mümkündür. Dizaynerlər tərəfindən tez-tez üstünlük verilən və istifadəsinin 2023-cü ildə artması gözlənilən 4 fərqli trend loqo dizaynı aşağıdakı kimi sıralanır:
1) Minimalist Loqo Dizaynı
2) 2D və 3D İkonik Loqo Dizaynı
3) Nostalji Temalı Loqo Dizaynı
4) Orqanik toxunuşlarla Loqo Dizaynı
Minimalist dizayn dilinə üstünlük vermək 2023-cü ildə də populyar olaraq qalacaq. Sadə şriftlər, kiçik xətt vuruşları və məhdud rəng palitraları ilə yaradılan loqolar, marka kimliyini ön planda saxlayaraq, sadə və premium dizaynın qavrayışını yüksək səviyyəyə qaldırır. Minimalist loqolar təkcə sadə dizayn dili deyil, həm də yükləmək üçün daha az detalın olması deməkdir. Minimalist loqodan istifadə mobil proqramlar, vebsaytlar, vizit kartları və reklam lövhələri kimi demək olar ki, hər sahədə brendlərə həm texniki, həm də vizual olaraq əhəmiyyətli üstünlüklər və rahatlıq təmin edir
![]()
2022-ci ildə populyarlığı sürətlə artan üç ölçülü loqo dizaynları 2023- cü ilin məşhur loqo dizayn texnikaları arasındadır. Göz oxşayan və simvolik quruluşu ilə seçilən 3D loqolar; istər rəqəmsal platformalarda, istərsə də kağız üzərində səhifədən sıçrayan realizm hissi vəd edən əyləncəli, çoxyönlü və funksional dizayn dilini ortaya qoyur. İki ölçülü loqolara dərinlik və ya ölçü əlavə etmək statik (sabit), lakin göz oxşayan dizayna sahib olmaq fürsətini də gətirir. Unikal 3D loqo dizaynları hədəf auditoriyanıza çatmağı və brendinizi vurğulamağı asanlaşdırır. Yenilikçi loqo dizaynı üçün ən ideal seçimlər arasında olan 3D loqo dizaynı sayəsində hazırladığınız loqonun qarşılıqlı əlaqəsini daha əyləncəli və funksional edə bilərsiniz.
“Old school” və ya retro loqolar adlanan nostalji temalı loqotiplər 20-ci əsrdən bu günə qədər hər onilliyin tematik izlərini özündə əks etdirir. Bir vintage loqo ilə çatdırılacaq mesaj geniş bir zaman aralığına yayıldığı üçün daha sıx və mənalı bir dizayn dili yaratmaq mümkün olur. Xüsusilə yeni markalar nostalji detalları ilə dizayn edilmiş bir loqo ilə marka birliyini daha sürətli artıra bilər. Ənənəvi dizayn xətləri və pastel rəngləri ilə fərq yaradan nostalji mövzuları daha çox şirniyyat, restoranlar, dondurma dükanları, bərbərlər, bijuteriya kimi butik bizneslərinə daha simvolik və unikal brend imic əlavə edir. (Həmçinin psixoloji olaraq insanlara “daimilik”, “illərdir fəaliyyətdə olan” şüuraltı mesajını ötürür.
![]()
Sadə, təbii və yenilikçi loqo axtarırsınızsa, təbiətdən ilham almaqdan çəkinməyin. Yarpaq, budaq, kök və daş kimi təbii materialların uzantılarının bir-biri ilə ahəngdar şəkildə istifadəsi göz oxşayan dizayn dilini ortaya qoyur. Üstəlik, təbiətdən ilhamlanan loqolarda bitki, ağac və ya çiçəyin əsl təsviri olmamalıdır. Minimal xətlər və simmetrik xətlərlə yaradılan loqo dizaynları da müxtəlif xüsusiyyətlərə malik şriftlərlə harmoniyada istifadə edilə bilər. 2023-cü ilin loqo dizayn trendləri arasında yer alan orqanik loqolar həm rəqəmsal, həm də çap olunmuş məhsullar üçün müxtəlif rahatlıqlar və xərc üstünlükləri də təqdim edir. Bu logolardan daha çox kosmetik firmalarda, fitnes və təbii məhsullar satan sirkətlər üçün istifadə etmək olar
