Gün ərzində kifayət qədər vaxt olmadığı görünür. Ancaq hamımız eyni 24 saatı əldə etdiyimizə görə, niyə bəzi insanlar vaxtları ilə digərlərinə nisbətən bu qədər çox şey qazanırlar. Cavab vaxtın yaxşı idarə edilməsində olur. "Vaxtın idarə edilməsi", vaxtınızı müəyyən fəaliyyətlər arasında necə bölüşdürməyin təşkili və planlaşdırılması prosesidir. Yaxşı vaxt idarəetmə, fərdin daha qısa müddət ərzində daha çox işləməsinə imkan verir, stresi azaldır və karyera uğurlarına səbəb olur.
Vaxtdan səmərəli istifadə bir sıra cəhətdən əhəmiyyətlidir. Vaxtın düzgün idarə edilməsinin faydaları aşağıdakılardır:
• Məqsədlərinizə daha qısa zaman ərzində çatırsınız;
• Qərar qəbuletmə bacarığınızı inkişaf etdirirsiniz;
• Daha çox imkanlar və karyera yüksəlişi deməkdir;
• Stresi azaldır;
• Daha keyfiyyətli iş görürsünüz;
• Effektivliyinizi və məhsuldarlığınızı artırır;
• Özgüvəninizi artırır;
• Sizi motivasiya edir və s.
Vaxtınızı düzgün idarə etmək üçün aşağıda verilmiş məsləhətlərdən yararlana bilərsiniz;
1. Məqsədlərinizi müəyyən edin.
Zamanı doğru idarə edə bilmək üçün ilk öncə məqsədlərinizi müəyyənləşdirin. Məqsədlərinizi müəyyən edərkən, onun dəqiq olmasına xüsusilə diqqət yetirin. Yaxşı olar ki, qarşıya qoyduğunuz məqsəd bacarıqlarınıza və cari fəaliyyətinizə uyğun olsun. Yaxşı vaxt idarəçiliyi ilə məşğul olan şəxslər məqsəd və hədəflərə daha yaxşı nail ola bilirlər və bunu daha qısa müddətdə həyata keçirirlər.
2. Zamanınızı planlaşdırın
Zamanı düzgün idarə edə bilməməyin əsas səbəblərindən biri də görüləcək işlərə uyğun vaxt bölgüsünün düzgün aparılmamasıdır. Bu problemi aradan qaldırmaq üçün görüləcək işlərinizi planlaşdırın.
Vaxtın idarə edilməsini təmin edən əsas əşyaların - saat, təqvim, qeyd kağızı, qələm, bloknot və s. - mütəmadi istifadəsi sizə zamanınızı düzgün bölməyə kömək edəcək.
Vaxtın idarə edilməsi prosesinə nəzarət etməklə siz görüləcək işlərinizi müəyyən sistemə salırsınız və stressiz, effektiv, keyfiyyətli iş görmüş olursunuz . Vaxtın uğurla idarə olunması həm şəxsi uğurun, həm də peşəkar uğurun açarıdır.
Peşəkar uğurun açarına sahib olmaq, şirkətinizə məxsus korporativ stildə hazırlanmış əşyalardan istifadə edərək, Sizin və işçilərinizin daha məhsuldar olmasına şərait yaratmaq istəyirsinizsə, aşağıdakı linklərə daxil olaraq məhsullarımızdan yararlana bilərsiniz ![]()
https://moongroup.az/index.php?story=q%C9%99l%C9%99m&do=search&subaction=search
https://moongroup.az/index.php?story=saat&do=search&subaction=search
https://moongroup.az/index.php?story=qeyd&do=search&subaction=search
https://moongroup.az/index.php?story=t%C9%99qv&do=search&subaction=search
https://moongroup.az/index.php?story=bloknot&do=search&subaction=search