"İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" və "Moon Group" 3 fevral 2024-cü ildə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və İnclusive Organization Team-in ortaqlığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən "Mənim Qəhrəmanım" adlı konsertin tərəfdaşı olmuşdur. Konsert irsi qan xəstəliyi və inclusivliyi olan 400-dən çox şəxsin görüşünü nəzərdə tutmuşdur.
Konsertdə "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası"-nın İdarə Heyətinin üzvü Nəcəf Əliyev və "Moon Group" şirkətinin təmsilçisi Banu Qədirli tərəfdaş qismində çıxış etmişdir. Tədbirdə dövlət başçımızın bu sahəyə diqqəti xüsusi vurğulanmış, gördüyü işlər barədə danışılmış, seçkilərin nəticələrinin bu istiqamətdə olacağı barədə gözləntilər səsləndirilmişdir.