16, 17, 18 iyun 2022-ci il “Chrystal Hall” "Mətbuat" zalında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı keçirildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Kommunikasiya Texnologiyaları, təhsil, inşaat, loqistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olundu.