29 oktyabr tarixində Sərhədçi İdman Kompleksində Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən Əmək yarmarkasında Moon Group olaraq iştirak etdik.
Yarmarka müxtəlif şirkətləri işaxtaranlarla bir araya gətirərək vakansiyalar və iş imkanları barədə birbaşa məlumat mübadiləsi üçün şərait yaratdı. Şirkətlər potensial namizədlərlə tanış olmaq, ehtiyaclarına uyğun mütəxəssisləri dəyərləndirmək və işə qəbul imkanlarını genişləndirmək imkanı əldə etdilər. İşaxtaranlar isə işəgötürənlərlə ünsiyyət quraraq vakansiyalar, tələblər və karyera imkanları barədə ətraflı məlumat ala bildilər.
Bu görüşlər əmək bazarında işəgötürənlərlə namizədlər arasında əlaqələrin qurulmasına və uyğun məşğulluq imkanlarının müəyyənləşdirilməsinə töhfə verir.