22 oktyabr tarixində Marsol Group və üzv şirkətlərin rəhbər şəxslərinin Moon Group-a işgüzar səfəri çərçivəsində “Tutti Azərbaycan” şirkətinin təsisçisi Anar Məstiyev də qonaqlarımız sırasında yer alıb.
Görüş zamanı qonaqlara Moon Group-un fəaliyyət istiqamətləri, geniş məhsul portfeli, korporativ müştərilər üçün təqdim etdiyi həllər və istehsal imkanları barədə ətraflı məlumat verilib. İstehsalat sahəsinə təşkil olunan tanışlıq səfəri zamanı iştirakçılar məhsulların hazırlanma mərhələlərini, tətbiq edilən texnologiyaları və istehsal proseslərinin təşkilini yaxından izləmək imkanı əldə ediblər.
Səfər çərçivəsində Anar Məstiyev də şirkətimizin fəaliyyəti, məhsul çeşidi və istehsal potensialı ilə tanış olaraq Moon Group haqqında fikirlərini və görüşdən əldə etdiyi təəssüratları bölüşüb.
Biznes nümayəndələrinin istehsal imkanlarımızla birbaşa tanış olması və fəaliyyətimizə dair fikirlərini bölüşməsi qarşılıqlı işgüzar əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.